İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır

Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.

O qeyd edib ki, yazın ilk həftəsi Ukrayna əsgərləri və dövlətin müdafiəsinə kömək edən hər kəs Ukrayna qələbəsini daha da yaxınlaşdırdı - hücumları dəf etdi, düşməni məhv etdi, düşmənin mövqelərini və maddi-texniki təchizatını pozdu, sərhədləri və şəhərləri qorudu.

Ukrayna lideri Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR