Onlayn ictimai-siyasi qəzet
"Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır".
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Voldimir Zelenski xalqa müraciətində söyləyib.
Ukrayna prezidenti qeyd edib ki, yazın ilk həftəsi Ukrayna əsgərləri və dövlətin müdafiəsinə kömək edən hər kəs Ukrayna qələbəsini daha da yaxınlaşdırıb.
"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir", - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə təşəkkür edib.
Musavat.com
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ