Onlayn ictimai-siyasi qəzet
İrəvan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanla bağlı iş üzrə “Müqəddəs mübarizə” tərəfdarı Lidiya Mantaşyanın həbs müddətini üç ay uzadıb.
Musavat.com erməni mediasına istinadən bildirir.
Bu gün keçirilən prosesdə vəkil Tatevik Soqoyan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müvəkkilinin 5 min dollar girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb. O, həmçinin “Hayastan” blokunun 5 deputatının - Aqnessa Xamoyan, Elinar Vardanyan, Aspram Krpeyan, Lilit Qalstyan və Kristine Vardanyanın zəmanətlərini təqdim edib. Lakin hakim Karen Farxoyan hesab edib ki, Mantaşyan azad olunarsa, qaçmağa çalışacaq və bununla da istintaqdan yayınacaq.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ