Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlayıb. Londonun bəyanatında vurğulanır ki, Moskva Qərb sanksiyalarından yayınmaq üçün Mərkəzi Asiyada – xüsusilə Qırğızıstanın maliyyə sektorunda gizli kanallardan istifadə etməyə başlayıb.
Bəyanata görə, Rusiya Qırğızıstan bankları və kriptoşəbəkələr vasitəsilə hərbi təyinatlı malların ödənişlərini həyata keçirib. Xüsusilə “Kapital Bank” və onun direktoru Kantemir Çalbayev bu məqsədlə istifadə olunub.
Sanksiyalara həmçinin kriptovalyuta birjaları Grinex və Meer, eləcə də yeni yaradılmış rublluq kripto-token A7A5 daxil edilib. Məlumata görə, bu token cəmi dörd ay ərzində 9,3 milyard dolları xüsusi kriptobirjalara ötürüb və sırf Qərb məhdudiyyətlərini pozmaq üçün hazırlanıb.
Yeni qara siyahıya səkkiz fiziki və hüquqi şəxs salınıb:
• Kantemir Kaparbekoviç Çalbayev
• Janyşbek Uulu Nazarbek
• Leonid Şumakov
• Altair Holding SA
• ZAO “Tengricoin”
• OOO “Grinex”
• Stolıçnıy Bank Tsentralnoy Azii
• OOO “Stariy Vektor”
Bu sanksiyalar bir daha göstərir ki, Kreml Qərbin iqtisadi məhdudiyyətlərini aşmaq üçün region ölkələrinin maliyyə sektorunu istismar edir. Lakin Londonun son addımı Moskvanın bu cəhdlərinə ağır zərbə vurur.
Hərbi texnologiyaları gizli kanallarla maliyyələşdirməyə çalışan Rusiya artıq yalnız Qərbin deyil, region ölkələrinin də diqqət mərkəzinə düşüb. Bu, Kremlin iqtisadi cəbhədə nə qədər sıxışdığını və çıxış yollarını itirdiyini açıq şəkildə nümayiş etdirir.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ