İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Baxmut şəhəri faktiki olaraq dağılıb

Ukrayna Prezidenti Volodimiz Zelenski Donbas cəbhəsi istiqamətində vəziyyətin ağır olduğunu, Baxmut şəhərinin faktiki olaraq dağıldığını bildirib.

APA-nın xəbərinə görə, dövlət başçısı videomüraciətində Donetsk istiqamətində ağır toqquşmaların getdiyini bildirib.

“Cəbhədə əsas istiqamətlərdə vəziyyət çox ağırdır. Soledar, Kremennaya və Baxmutda mərmi düşməyən yer qalmayıb. Baxmut şəhəri faktiki olaraq dağılıb. Rusiya ordusu buranı xarabalığa çevirib” – deyə Zelenski vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR