İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıqladı: Rusiyanın pullarını kredit kimi Ukraynaya verməyə başladılar

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşünü şərh edərək, iki ölkə arasında Ukraynanın müdafiəsini gücləndirmək üçün yeni kredit müqaviləsi imzalandığını açıqlayıb.

“Müzakirələrimizdə Ukrayna və Avropanın üzləşdiyi çağırışları, tərəfdaşlarla koordinasiyanı, ölkəmizin mövqeyini gücləndirmək və ədalətli sülh yolu ilə müharibəni bitirmək üçün konkret addımları nəzərdən keçirdik”, – deyə Zelenski bildirib.

Rusiyanın dondurulmuş aktivlərindən istifadə ediləcək

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu kredit Rusiya Federasiyasına məxsus dondurulmuş aktivlərdən əldə edilən gəlirlərlə ödəniləcək və Ukraynanın hərbi istehsal imkanlarının genişləndirilməsinə yönəldiləcək. O, bunu “ədalətli yanaşma” adlandıraraq vurğulayıb:

“Müharibəni kim başlayıbsa, ödəyən də o olmalıdır.”

Londonda Ukraynaya güclü dəstək nümayişi

Prezidentin Londondan paylaşdığı görüntülərdə Ukrayna bayraqları dalğalandıran çoxsaylı insanlar görünür. Onlar Zelenskinin korteji keçərkən və Kir Starmerin iqamətgahı yaxınlığında Ukraynaya dəstəklərini ifadə ediblər.

Xatırladaq ki, bu səfər çərçivəsində Böyük Britaniya Ukraynaya 2,26 milyard funt sterlinq məbləğində müdafiə krediti ayırıb. Vəsait əsasən silah istehsalı və müdafiə sektorunun gücləndirilməsinə sərf olunacaq.

@@TVmusavat/109586@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR