Onlayn ictimai-siyasi qəzet
Hindistanın Karnataka ştatında hər il keçirilən ənənəvi “Qorexabba” festivalı bu dəfə də minlərlə insanı bir araya gətirib.
Musavat.com xəbər verir ki, qəribə ayinlərə ev sahibliyi edən tədbirdə iştirakçılar əvvəlcə bədənlərinə inək peyini sürtür, daha sonra isə bir-birilərinə bu peyini atırlar.
Yerli inanclara görə, inək peyini ilə “təmizlənmək” insanı günahlardan azad edir, bədəni və ruhu pis enerjilərdən qoruyur. Həmçinin bu ayinin şəfa verici və uğur gətirici təsirinə də inanılır.
Festival zamanı küçələr tamamilə peyinlə örtülür, insanlar isə bu qeyri-adi mərasimi sanki bir bayram kimi qeyd edirlər. İştirakçılar deyirlər ki, bu ritual min illərdir kənd icmalarında yaşadılan qədim ənənədir və o, həm də bolluq və məhsuldarlığın rəmzi sayılır.
Qeyd edək ki, Hindistanda inək müqəddəs heyvan hesab olunur və onunla bağlı bir çox dini ayinlər ölkənin müxtəlif bölgələrində hələ də davam etdirilir.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ