İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıqladı: “Rusiyanı ikinci sülh sammitinə dəvət edəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski Kyodo News-a müsahibəsində ikinci sülh sammitinin hazırlıqları və Rusiyanın bu sammitdə iştirakı ilə bağlı mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Ukraynanın Rusiyanı sammitə dəvət edəcəyini, lakin Moskvanın sammiti və sülh prosesini ləğv etməyə çalışacağını bildirib.

Zelenski qeyd edib ki, Ukrayna ikinci sammit üçün hərtərəfli bir sənəd hazırlayıb. Bu sənəd bütün ölkələrə, o cümlədən Ukraynanı dəstəkləməyən dövlətlərə də təqdim ediləcək. Prezident əlavə edib ki, Donald Trampın prezidentliyə qayıdışından sonra onun sənədə münasibətini öyrənmək və digər ölkələrin reaksiyalarını nəzərə alaraq növbəti addımları müəyyənləşdirmək planlaşdırılır.

“Biz Rusiyanı sammitə dəvət edəcəyik. Amma görəcəksiniz ki, onlar sülh formulasını, sammitin keçirilməsini və öz iştirakını ləğv etmək üçün hər şeyi edəcəklər. Onlar müharibənin bitməsində maraqlı deyillər,” — deyə Zelenski vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR