İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski AÇIQLADI: “Norveç Ukraynaya 100 milyon dollar ayırıb”

“Norveç Ukrayna hakimiyyətinə enerji sisteminin bərpası üçün 100 milyon dollar ayırıb”.

“Report” Ukrayna KİV-ə xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynaya hərbi, iqtisadi və siyasi dəstək göstərir, humanitar yardım edir və təbii qazın tədarükünə şərait yaradır.

Xatırladaq ki, daha əvvəl Norveç hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlanması üçün təxminən 15 milyon dollar maliyyə vəsaiti ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR