İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıqladı: Buna getməyəcəyik, tələdir!

Ukrayna heç vaxt dondurulmuş münaqişə ilə razılaşmayacaq və qoşunları Ukraynada olduğu müddətdə Rusiya ilə danışıqlar aparmayacaq.

Musavat.com Axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Rusiyanın qoşunları ölkəmizdə olduğu müddətcə orada prezidentin kim olmasından asılı olmayaraq, biz heç vaxt danışıqlar masası arxasına əyləşməyəcəyik", - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasından əvvəl başlayan danışıqlar prosesi münaqişəni dondurulmuş statusa, gələcəkdə isə yeni böyük müharibəyə çevirəcək.

"Əks-hücumda harada irəliləməmizdən asılı olmayaraq, biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən xalqın nə ilə nəfəs aldığını bilirəm. Ukraynalılar ikinci dəfə dondurulmuş münaqişə ilə razılaşmayacaqlar. Bu, tələdir", - prezident deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR