Onlayn ictimai-siyasi qəzet
“Qərb Cənubi Qafqazda dağıdıcı gündəmi təbliğ edir, məqsədi regionu parçalamaq və Moskva ilə tarixi əlaqələri məhv etməkdir”.
Musavat.com xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər nazirliyinin təmsilçisi Mariya Zaxarova ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Vaşinqtonun Mərkəzi Asiya ölkələri üçün alternativ yaratmaq, onların Rusiya və Çindən asılılığını azaltmaq, xüsusən də Ermənistana “Rusiyadan uzaqlaşmaq üçün şərait yaratmaq” istədiyi barədə bəyanatını şərh edərkən belə deyib.
Zaxarova bildirib ki, O`Brayen-in Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan “geosiyasi mühəndisliyin” növbəti nümunəsidir:
“Xarici siyasətə cavabdeh olan yüksək vəzifəli Amerika rəsmilərinin bu cür “səmimi etirafları” bizim diqqətimizi cəlb edir. Qərb Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini məhv etmək üçün Cənubi Qafqaz məkanını parçalamağa çalışır. Tarix boyu biz dəfələrlə qardaş erməni xalqı ilə çiyin-çiyinə olmuşuq və gələcəkdə də bunu etmək niyyətindəyik.
Son vaxtlar regionun digər ölkələrində də rəy sorğuları vasitəsilə vəziyyəti təhrif etmək cəhdləri müşahidə olunur. Onlar sadə bir şeyi öyrənməlidirlər. Ölkələrimiz arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcəkdir.
Cənubi Qafqaz respublikalarını, o cümlədən Ermənistanı Rusiyadan qoparmaq məqsədilə ABŞ və onun Avropadakı peykləri həyasızcasına suveren dövlətlərin daxili işlərinə qarışır. Yaxşı bəhanələrlə dövlət sistemini ələ keçirməyə, resurs bazasına nəzarəti cəmləşdirməyə, tranzit potensialından istifadə etməyə çalışırlar”,-deyə Zaxarova bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ