İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Rusiya-Ukrayna danışıqları ilə bağlı İLGİNC AÇIQLAMA

“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Kiyev rejimi ilə hər hansı danışıqları mümkünsüz edir”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Kiyev rejimi Kursk vilayətində törətdiyi terror aktına bəhanə axtarır, bir-birindən fərqli psevdoarqumentlər tapır. Əvvəla, Bankovayanın (TASS: Ukrayna Prezidentinin administrasiyası o küçədə yerləşir) funksionerləri Kiyevin danışıqlarda mövqelərini gücləndirmək üçün müəyyən vəzifə haqqında danışırdılar. Görünür, onlar sualı tamamilə cavabsız qoyurlar. O cür vəhşiliklərdən, mülki əhaliyə, mülki infrastruktura və dinc obyektlərə qarşı törətdikləri terrordan sonra kim onlarla danışıqlar aparacaq? Rusiya rəhbərliyinin dediklərini bir daha vurğulamaq istərdim. Ukrayna Silahlı Qüvvələrinin ərazimizi işğal etmək cəhdi apriori quldur xunta ilə hər hansı danışıqları mümkünsüz edir”, - diplomat vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR