İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”


“Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunda öz müəllif proqramının efirində danışıb.

“Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ictimai rəyə söykənmədən, plebsimin nəticələrinə əsaslanmadan ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Üstəlik, seçkiyə gedərkən dediklərinin hamısına zidd qərarlar verirlər. ...Biz heç kimə heç nəyi zorla təlqin etmirik, məsləhət vermirik. Bu, sadəcə olaraq, faktın ifadəsidir... Ermənistan üçün taleyüklü məsələ ilə bağlı qərarlar erməni xalqının rəyi nəzərə alınmadan, Brüssel və Parisin himayəsi altında qəbul edilib. İrəvan Qərbin himayəsi ilə danışıqlara məhz bu mövqedən başlayıb. Bunu başa düşmək lazımdır”, - Mariya Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR