Onlayn ictimai-siyasi qəzet
“Qurgen Arsenyan ruhu və xasiyyəti etibarilə Paşinyana keçmiş səfirdən daha yaxındır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin bildirib.
Onun fikrincə, Vaqarşak Arutyunyan (Rusiya Federasiyasındakı keçmiş səfir - red.) baş nazirin komandasına sırf Rusiyanın dostu kimi nüfuzuna görə İrəvanın xarici siyasətindəki tədricən dəyişikliyi “ört-basdır etmək” üçün gətirilib.
“Mən Rusiya rəhbərliyi ilə yeni səfir, yəni Paşinyanın tərəfdarı arasında hər hansı etimadın yaranması üçün heç bir səbəb görmürəm. Formal nəzakət, əlbəttə ki, müşahidə olunacaq, amma bundan başqa heç nə yoxdur”, - deyə Zatulin əminliyini ifadə edib.
Xatırladaq ki, Ermənistan prezidentinin fərmanı ilə bu yaxınlarda keçmiş deputat Qurgen Arsenyan Rusiya Federasiyasında səfir təyin edilib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ