İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulin Ermənistana giriş qadağasndan DANIŞDI: “Təhqiramiz addım...”

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin Ermənistana girişinə qadağa qoyullması xəbərlərini təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb.

Konstantin Zatulin burada Ermənistan parlamentindən müvafiq məktub aldığını qeyd edib.

“Ermənistan Respublikası Milli Assambleyasının rəhbərliyi adından sizə bildiririk ki, təəssüf ki, son dövrlərdə Ermənistan Respublikasına qarşı açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur. Bu baxımdan, gələcəkdə sizin Ermənistan Respublikasına səfəriniz arzuolunmaz hesab edilir”, - deyə, Zatulin məktubun mətnindən sitat gətirib.

O bu addımı özünə qarşı təhqir saydığını bildirib.

“Mən bunu təhqiramiz addım kimi qiymətləndirirəm, bu bizim üçün qəfil oldu”, - deyə, ermənipərəst siyasətçi statusunda qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR