Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Valeriy Zalujnı ABŞ-la diplomatik qarşıdurmanın mərkəzində qalıb.
Musavat.com xəbər verir ki, "Guardian"-ın məlumatına görə, Ukraynanın Böyük Britaniyadakı səfiri ABŞ vitse-prezidenti ilə telefon danışığından imtina edib. Hadisə fevral ayında Oval kabinetdə Zelenski və Tramp arasında baş vermiş qarşıdurmadan sonra baş verib.
Məlumata görə, Trampın ətrafı Ukraynadakı mümkün prezident namizədləri ilə əlaqə yaratmağa çalışıb. Vens isə müxtəlif diplomatik və digər kanallardan istifadə etməklə Zalujnı ilə əlaqə qurmaq istəyib, lakin Ukrayna səfiri, Zelenskinin ofis rəhbəri Andrey Yermak ilə məsləhətləşdikdən sonra zəngə cavab verməkdən imtina edib.
Ekspertlər bildirirlər ki, bu hadisə Zalujnının mövqeyinin nə qədər mürəkkəb olduğunu göstərir: bir tərəfdən o, hökumətinə sadiq qalır, digər tərəfdən isə həm Ukrayna, həm də xaricdə onu öz siyasi kampaniyasını başlatmağa təhrik edən qüvvələr mövcuddur.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ