İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabux görüntüləri - reportyorlarımız ermənilərin boşaltdığı evlərdə nələr tapdı?

Bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Zabux kəndinə səfər edib.

Musavat.com-un Laçına ezam olunmuş əməkdaşları xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən yandırılan evlərə baş çəkiblər.

Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi, meşə ərazilərini yandırmaqla yanaşı, bəzi evləri də yararsız vəziyyətə salıb.

 

 

Hazırda kənddə Azərbaycan Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Laçın Rayon Polis Şöbəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xidmət aparırlar.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR