İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yüz minlərlə ukraynalı gələcək” – Orban Avropanı xəbərdar etdi

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna üzvlük əldə edərsə, bu, Macarıstanın daxili bazarına və sosial sabitliyinə ciddi zərbə vura bilər.

Musavat.com-un məlumatına görə Orban bildirib ki, Ukraynadan idxal ediləcək ucuz taxıl Macarıstan fermerlərini çökdürə bilər: “Əgər Ukraynadan ucuz taxıl bazara daxil olsa, fermerlər məhsullarını çox aşağı qiymətə satmağa məcbur qalacaqlar".

Bundan əlavə, o, əmək bazarında yaranacaq təzyiqlərə də diqqət çəkib. Orbanın sözlərinə görə, əgər Ukrayna 2026–2030-cu illər arasında Aİ-yə daxil olsa, Macarıstan yüz minlərlə ucuz işçi qüvvəsi ilə üzləşəcək:

“Hazırda bir işçi 600–700 min forintə ofisiantlıq edirsə, ukraynalılar bunu 500 minə görməyə razı olacaq və o insan işini itirəcək. Beş nəfər yox, yüz minlərlə ukraynalı gələcək – çünki maaş fərqi çox böyükdür”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR