İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuxuda ani ölümə səbəb olan xəstəliyin çarəsi çox sadə imiş – Yeni araşdırma

Elm adamları yuxu apnesinin müalicəsinin veqan pəhrizə keçmək qədər sadə ola biləcəyini açıqlayıblar.

Həm həyat keyfiyyətini aşağı salan, həm də yuxu zamanı ani ölümə səbəb olan yuxu apnesi ilə bağlı aparılan yeni araşdırmaların nəticələri təəccübləndirib.

Yuxu zamanı tənəffüsün 10 saniyədən artıq dayanması olaraq müəyyən olunan yuxu apnesi ən çox kişilərdə müşahidə edilir. Çox vaxt bu təhlükəli hal xoruldama ilə qarışdırılır və nəzərə alınmır. Ancaq yuxu apnesi insult, infarkt və yüksək təzyiqə səbəb olacaq qədər təhlükəli ola bilər.

Avstraliyadakı Flinders Universitetinin tədqiqatçıları tərəvəz, meyvə, taxıl və çərəzlərlə zəngin bir pəhriz seçənlərin yuxu apnesi riskinin daha az olduğunu aşkar ediblər.

Tədqiqatçılar ABŞ-ın Milli Sağlamlıq və Qidalanma ekpertiza sorğusunda iştirak edən 14 000 nəfərdən məlumat toplayıb. Sorğu iştirakçılarından son 24 saat ərzində nə yediklərini təfərrüatlandırmaq istənilib və onların cavabları qeydə alınıb. Mütəxəssislər, həmçinin veqan və vegeterianları sorğu-sual ediblər.

Nəticə olaraq elm adamları bitki mənşəli qidalardan istifadə edənlərin ətyeyənlərlə müqayisədə yuxu apnesi ilə üzləşmə ehtimalının 19 faiz az olduğunu müəyyən ediblər.

Dr. Yohans Melaku qeyd edib ki, bu nəticələr yuxu apnesi riskinin idarə edilməsində pəhrizimizin keyfiyyətinin vacibliyini vurğulayır.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR