İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuventus" bu müdafiəçi ilə müqaviləni uzatdı

Turin "Yuventus"u rəsmi saytında mərkəz müdafiəçisi Bremerlə müqavilənin uzadıldığını açıqlayıb. Yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, braziliyalı 2022-ci ilin yayından Torinodan köçdüyü "Yuventus"da çıxış edir. Müdafiəçinin əsas Braziliya millisində də 5 oyunu var.

Ötən mövsüm Bremer bütün yarışlarda "Yuventus"un 40 oyununda iştirak edib və 3 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

İtaliya çempionatının 2023/2024 mövsümündə "Yuventus" 71 xalla turnir cədvəlində üçüncü yeri tutub. Turinlilər finalda “Atalanta”ya 1:0 hesabı ilə qalib gələrək İtaliya kubokunun da qalibi olub.

"Yuventus" bu müdafiəçi ilə müqaviləni uzatdı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR