Onlayn ictimai-siyasi qəzet
“2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən “İnfiniti QX 56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev verilişlərin birində deyib.
Sənətçi bahalı hədiyyəni ona qocalar evində çıxış etdiyi üçün verildiyini bildirib:
“Sonra dedilər ki, get Baş Dövlət Yol Polisi İdarəsinə. Orada soruşdular ki, maşın üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464-dür. Dedilər ki, yox, ürəyin istəyən digər nömrəni seç. Gördüm ki, burada başqa iş var. “90-KT-900” nömrəsini seçdim. Heç bilmədim avtomobili və nömrəni mənə kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğum üçün bunları mənə verdilər. İki-üç il əvvəl isə həmin maşını satdım və indikini aldım”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ