İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusif Mustafayev: "Həmin xəbərdən sonra insanlar evimə gəlirdi"

"Kövrək insanlar uzunömürlü olur. Nəyisə ürəyimə salmıram. Bu, insanın ömrünü uzadır. Ağlayıram və rahatlaşıram. Deyirlər, filankəs infarkt keçirəcək. Bilsə ki, infarkt keçirəcək, ürəkdən ağlasa, keçər. Allah məni çox yaşatmaq istəyir, yəqin ona görə beləyəm. Ağlamaq müalicə metodudur".

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" verilişində deyib.

Müğənni bir müddət əvvəl efirdə ağlaması ilə bağlı yayılan xəbərdən danışıb:

"Kanalların birində zəlzələni göstərdilər, kövrəldim. Bunu şişirtdilər, yazdılar. İnsanlar evimizə gəlirdilər ki, sizə nə olub, necəsiniz? Top kimiyəm, nə şəkərim var, nə başqa xəstəliyim".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR