İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuri Şvets: "Priqojin müharibənin ilk aylarında Putinin inandığı tək adam olub"

“Rusiya Silahlı qüvvələri əslində, savaşın ilk dövrlərində doktrinaya uyğun döyüşməyə hazırlaşdı, şükürlər olsun ki, bu, alınmadı”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər keçmiş Sovet kəşfiyyatçısı, Putinin kurs yoldaşı Yuri Şvetsin ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə səslənib.

“Onların doktrinasına görə, müharibənin ilk günlərində infrastrukturun kütləvi şəkildə bombalanması, ölkənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi nəzərdə tutulurdu. Bundan sonra zirehli qoşunlar, qarmonla, mahnılarla gedəcəkdi.

Amma Kremldə başqa cür düşündülər. Onlara görə, Ukraynada ən ağıllı beşinci kolon işləyəcək və hər şey daha tez başa gələcəkdi, sonra məlum oldu ki, əsl axmaq imişlər, ona görə də qorxdular.

Müharibənin ilk aylarında Priqojin demək olar ki, hər həftə Putinə baş çəkib. Bəlkə də heç kimin, hətta Baş Qərargah rəisinin də Putinlə bu qədər təkbətək görüşləri olmayıb. Putin Priqojinə tam güvənib”,-deyə Şvets qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR