İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanda təlim keçən PKK terrorçusu İstanbulda yaxalandı - VİDEO

Yunanıstanın Lavrion terror düşərgəsində silahlı təlim keçdikdən sonra hərəkətə keçmək üçün Türkiyəyə göndərilən PKK-lı terrorçu İstanbulda yaxalanıb.

Musavat.com xəbər verir ki, terrorçunun üzərinə baxış zamanı bir neçə PKK üzvlərinin məxfi kod adları olan kitabça da tapılıb. 

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi və Kəşfiyyat Şöbə Müdirliyi qruplarının PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı M.A.A. tutuldu.

Ələ keçirilən kitabçada təşkilatın rəhbər şəxslərindən biri olan Murat Karayılanın yazdığı qeydlər, eyni zamanda təşkilat üzvlərinin  kəşfiyyat fəaliyyətini əks etdirən fotoşəkilləri ələ keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR