Yunanıstanda iş adamı silahla vurulduqdan sonra avtomobilində yandırılaraq öldürülüb.
Bildirilib ki, Yunanıstanın Qərbi Attika bölgəsində ölkənin tanınmış simalarından biri, futbol əlaqələri olan Kristos Qialias aid olduğu düşünülən cəsəd yanmış vəziyyətdə avtomobildə tapılıb.
Çərşənbə günü günortadan sonra Mandra şəhərinin Agias Akaterinis küçəsində silah səsləri eşidilib.
Polis qrupları alovlanan avtomobilin içərisində cəsəd olduğunu müəyyən edib.
Məlumatlarda həmçinin bildirilir ki, cinayəti törədənlər hadisə yerinə gəlmək üçün istifadə etdikləri ikinci avtomobili yandırıb və motosikletlə qaçıblar.
Rəsmi məlumatlarda Qialiasın cinayət keçmişi - narkotik və silah alveri ilə məşğul olduğu bildirilsə də, iş adamının həyat yoldaşının 2018-ci ildə Mandradakı evində güllələnərək öldürüldüyü və səlahiyyətlilərin mütəşəkkil cinayətkarlıqla mümkün əlaqələrinin araşdırıldığı bildirilib.
ŞƏRHLƏRŞƏRH YAZ