İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Rusiyadakı səfirini dəyişməyi planlaşdırır

Rəsmi Afina hazırda Berndəki Yunanıstanın diplomatik missiyasına rəhbərlik edən Yekaterini Ksaqorarini Rusiyaya səfir göndərmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Militaire” portalı məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstanın Rusiyadakı hazırkı səfiri Yekaterini Nasika Vaşinqtonda səfir olmaq üçün Moskvanı tərk edəcək.

Ksaqorarini əvvəllər həm də Yunanıstanın Avstraliyadakı səfiri olub. Yunanıstan Xarici İşlər Nazirliyi isə rəsmi olaraq Rusiyadakı səfirini dəyişmək niyyətini açıqlamayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR