İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan azərbaycanlıların olduğu Türkiyə gəmisinə atəş açıb

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada Türkiyənin "Ro-Ro" gəmisinə atəş açıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Məlumatda bildirilir ki,  Çanaqqala sahillərində "Anadolu" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi 2 Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

Onu da qeyd edək ki,   Yeni adı Mavi Mərmərə olan Anadolu gəmisi 2009-cu ildə İsrailin hücumundan sonra ikinci dəfə hücuma məruz qalıb. Yunanlar tərəfindən gəmiyə təcavüz atəşi açılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR