Onlayn ictimai-siyasi qəzet
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyendən Avropa İttifaqı ölkələrində elektrik enerjisi qiymətlərindəki kəskin fərqin aradan qaldırılmasını istəyib.
Musavat.com xəbər verir ki, bu məlumatı “Katimerini” qəzeti yayıb.
Baş nazir qeyd edib ki, sistem o qədər mürəkkəb və qeyri-şəffafdır ki, bu və ya digər vaxtda qiymətlərin nədən ibarət olduğunu anlamaq demək olar ki, mümkün deyil: “Qiymətlər o qədər qəfil yüksəlir ki, bu, siyasi baxımdan qəbuledilməzdir. Bu, daimi sayıqlıq və tənzimləmə tələb edir”.
Mitsotakisin sözlərinə görə, Aİ-nin cənub-qərb hissəsində yerləşən Yunanıstan, Macarıstan, Rumıniya və Xorvatiya kimi dövlətlər elektrik enerjisinin qiymətində kəskin artımlarla üzləşiblər. O, prosesi bir sıra amillərlə, o cümlədən qeyri-adi isti hava, elektrik enerjisinin kəsilməsi və su elektrik stansiyalarının soyudulması üçün istifadə olunan suyun çatışmazlığı ilə əlaqələndirir.
Yunanıstanın baş naziri Aİ-nin müxtəlif ölkələri arasında “enerji həllərinin koordinasiyasını qurmaq” üçün mövcud böhranı həll etməyi, həmçinin Avropa tənzimləyiciləri tərəfindən nəzarəti gücləndirməyi və transsərhəd enerji interkonnektorlarının sayını artırmağı zəruri hesab edir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ