İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək bal yığıb universitetə girə bilməyənlərin 2-ci tur ümidi - ŞANS VAR

I ixtisas qrupu üzrə 570-dən yuxarı bal toplayan rus bölməsi üzrə 1 abituriyent, 530-dan çox bal toplayan Azərbaycan bölməsi üzrə 3 abituriyent ali məktəblərə qəbul ola bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial hesabında məlumat yerləşdirib. O bildirib ki, ümumilikdə I qrup üzrə 500-dən çox bal toplayan 4, 400 - dən çox bal toplayan 12, 300-dən çox bal toplayan 36 abituriyent tələbə adını birinci turda qazana bilməyib.

II ixtisas qrupu üzrə 320-dən çox bal toplayan 1 abituriyent, ümumilikdə 200-dən çox bal toplayan 31 abituriyent qəbul ola bilməyib.

III ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayan 2 abituriyent, 400-dən çox bal toplayan 3 abituriyent tələbə adından hələlik məhrum olub.

III ixtisas qrupu üzrə 300-dən çox bal toplayan 50 abituriyent birinci turda qəbul ola bilməyib.

IV ixtisas qrupu üzrə 560-dan çox bal toplayan 2 abituriyent, 500-dən çox bal toplayan 20 abituriyent, 400-dən çox bal toplayan 33 abituriyent, 300-dən çox bal toplayan 49 abituriyent tələbə adını qazana bilməyib.

Bu abituriyentlər 2-7 sentyabr tarixlərində ixtisas seçimi edib tələbə adını qazana bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR