İnsanlara hürriyət, millətlərə istiqlal!

Yük maşını körpüdən dəmir yoluna aşdı: ölənlər var - VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

@@TVmusavat/94198@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR