Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanı qəbul edəcək.
Musavat.com xəbər verir ki, məlıumatı Reuters agentliyi Vaşinqton administrasiyasının rəsmisinə istinadən yayıb. Bildirilir ki, vəliəhdin ABŞ-a səfəri Vaşinqtonun Ər-Riyadı İbrahim Sazişlərinə qoşulmağa təşviq etdiyi bir vaxta təsadüf edir. Ağ Ev hələ rəsmi olaraq səfəri elan etməyib. Reuters əlavə məlumat verməyib.
ABŞ administrasiyası dəfələrlə vurğulayıb ki, ilk növbədə Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmasını təmin etməyə çalışır.
İbrahim Sazişləri 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir neçə ərəb ölkəsi tərəfindən əldə edilib. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsrail ilə münasibətləri normallaşdırıb. 2021-ci ildə Sudan yəhudi dövləti ilə diplomatik münasibətlər qurduğunu elan edib. Bu razılaşmalardan əvvəl İsrailin yeganə ərəb əlaqələri 1979-cu ildə Misir və 1994-cü ildə İordaniya ilə olub.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ