Onlayn ictimai-siyasi qəzet
Bəzi sosial şəbəkə səhifələrində Bakıda "KamAZ" markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a açıqlama verilib.
Qeyd edilib ki, əslində isə o, özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib.
DYP-dən bildirilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə "saxla" işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.
İnsidentin görüntülərini təqdim edirik:
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ