İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisindən uzaq yola çıxan sürücülərə müraciət - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı tətilindən dönən sürücülərə müraciət edib.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, İdarənin inspektoru Elvin Hacıyev bildirib ki, sürücülər səfərə çıxmazdan əvvəl avtomobillərin texniki sazlığına diqqət yetirməlidirlər.

Vurğulanıb ki, sürücülər yorğun halda sükan arxasına əyləşməməlidirlər. Əks halda ağır qəza baş verə bilər.

İdarədən o da bildirilib ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısamüddətli istirahət üçün yol polisinin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR