Onlayn ictimai-siyasi qəzet
"Kiyev Rusiya ilə danışıqlarda işğal olunmuş ərazilərdən imtina edə bilər"!
Financial Times-ın yazdığına görə, Ukrayna hökuməti hazırda Rusiya ilə "bağlı qapılar arxasında" gizli danışıqlar aparır. Bu danışıqların mərkəzində Rusiyanın işğal etdiyi Ukrayna əraziləri üzərində nəzarəti saxlama ehtimalı dayanır. Əvəzində, Ukraynanın digər hissəsinə NATO-ya qoşulmaq və ya ekvivalent təhlükəsizlik zəmanətləri almaq hüququ verilə bilər.
Məqalədə qeyd edilir ki, bu ssenari Soyuq müharibə dövründə Qərbi Almaniyanın vəziyyəti ilə müqayisə edilir. Həmin dövrdə Qərbi Almaniya NATO-nun himayəsi altında inkişaf edərək Avropa İttifaqına inteqrasiya edə bilmişdi. Lakin bu planın həyata keçməsi çox ambisiyalı fərziyyələrə əsaslanır və müzakirə olunan ssenari bir çox mürəkkəb faktorlarla qarşılaşa bilər.
Bu danışıqlar beynəlxalq miqyasda ciddi müzakirələrə səbəb olub və hər iki tərəfin kompromislərə getməli olacağı düşünülür.
Musavat.com xatırladır ki, bir sıra mötəbər qaynaqlar Rusiya - Ukrayna müharibəsinin hərbi fazasının bu ilin sonuna qədər bitəcəyi barədə intensiv məlumatlar yayırlar.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ