Onlayn ictimai-siyasi qəzet
Rayonlara gedən sürücülər adətən avtomobilini yol kənarında saxlayaraq meyvə və yerli məhsul alırlar.
Musavat.com xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun kənarındakı satıcılar deyirlər ki, məhsul bol, qiymətlər də şəhər və bazarla müqayisədə münasibdir.
Ucarda isə magistral yolun kənarında satılan meyvələr həm sakinlərin öz bağından dərilir, həm də başqa rayonlardan gətirilir.
Bu məhsulların alıcıları isə daha çox rayonlardan qayıdan paytaxt sakinləridir. Hətta aralarında xarici turistlər də var.
Satıcılar deyirlər ki, ötən ilə nisbətən bu il alıcılar daha çoxdur.
Gün ərzində isə 30-150 manat aralığında qazanc əldə etmək mümkündür.
Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ