İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermark: "Ukrayna NATO sammitində təhlükəsizlik zəmanətləri haqqında sənəd imzalamağı gözləyir"

Ukrayna NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək növbəti sammitində təhlükəsizlik təminatlarına dair sənədin imzalanacağını gözləyir.

APA xəbər verir ki, bunu jurnalistlərə Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

"Mütləq təhlükəsizlik təminatları olacaq. İndi sual ondan ibarətdir ki, onları ilk kim bizimlə imzalayacaq. Hesab edirəm ki, Vilnüsdə belə bir sənədin imzalanması kifayət qədər realdır”, - deyə Yermak bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak NATO-nun iyulda keçiriləcək sammitinə qədər Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasının başa çatacağını gözlədiyini bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR