İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bəyan edib.

Andrey Yermak Ukrayna Ordusunun şəhəri müdafiə etdiyini bildirib: “Biz Baxmutdan çıxmağı planlaşdırmırıq”.

Qeyd edək ki, Rusiya Ordusu 10 aydan çoxdur ki, Baxmut şəhərini ələ keçirməyə çalışır. Son bir ayda Rusiya Ordusu şəhərə gələn 3 əsas yoldan ikisinə nəzarəti təmin edib. Buna baxmayaraq, Ukrayna Ordusunun müqavimətini qırmaq və Baxmut şəhərinə nəzarəti təmin etmək mümkün olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR