İnsanlara hürriyət, millətlərə istiqlal!

Yens Stoltenberq: "Türkiyədəki zəlzələ NATO qurulduqdan bəri ən qorxunc fəlakətdir"

Türkiyədə baş vermiş zəlzələ NATO-nun qurulduğu dövrdən bu yana alyansa üzv ölkələrin ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO-ya üzv bütün ölkələrdə Türkiyəyə milyonlarla avro yardım göstərilməsini hədəfləyən kampaniyalar təşkil olunur. Yens Stoltenberq bunu həmrəyliyin rəmzi kimi dəyərləndirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR