Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.
A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir.
Anar Əliyevin anası İradə Əliyeva uzun illər jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. /Teleqraf.az/
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ