Onlayn ictimai-siyasi qəzet
«Səbail»in mətbuat xidmətinin rəhbəri dəyişib.
İki ildir burada çalışan Sənəm Fərhadova vəzhifəsini itirib.
O, klubda başqa işə keçirilib. Vakant post isə Rəşad Məmmədova tapşırılıb.
Son 12 ildə «Sumqayıt»da çalışmış təcrübəli funksioner sabahdan etibarən burada rəsmən fəaliyyətə başlayacaq.
R.Məmmədov klubun yeni icraçı direktoru Firuz Abdullanın ilk seçimidir. Bu vəzifədə Fərəc Əliyevi əvəzləmiş AFFA-nın sabiq press-ateşesi yeniliklərə mətbuat xidmətindən başlayıb.
Onun göstərişi ilə klubun media ilə bağlı fəaliyyətinə məsul əməkdaşlar da «Səbail»i tərk edib.
SPORTİNFO.AZ
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ