İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmənli üsyançılar Britaniya gəmisini ələ keçirdi

Yəmənli üsyançılar Qırmızı dənizdə Böyük Britaniyaya məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib.

Bu barədə "The Times of Israel" İsrail baş nazirinin ofisinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, yük gəmisi hazırda Yaponiya şirkətində icarədədir.

Nəşr bildirir ki, gəmi israilli iş adamı Abraham Unqarın mülkiyyətindədir. Ələ keçirilən zaman gəmi Baham adaları bayrağı altında Türkiyədən Hindistana üzürmüş. Göyərtəsində Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları olub.

Bundan əvvəl üsyançıların sözçüsü Yəhya Saria İsrail şirkətlərinə məxsus və ya İsrail bayrağı altında üzən bütün gəmilərə hücum edəcəklərini bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR