İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndən kütləvi raket zərbələri - ABŞ gəmisi VURULDU

Yəmən silahlı qüvvələri Qırmızı dənizdəki hədəflərə kütləvi şəkildə yer-yer tipli raketlər atmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Raket buraxılışının görüntüləri "Sabereen news" teleqram kanalında yerləşdirilib.

Məlumata görə, raketlərdən biri ABŞ hərbi gəmisini vurub.

“The Jerusalem Post” nəşri ABŞ və Britaniyanın Yəməndə husilərə qarşı endirdiyi zərbələrdən sonra Amerikanın Bağdaddakı səfirliyinə hücum edildiyini yazır.

Xatırladaq ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki  “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endirib. Zərbələr Yəmənin paytaxtı Səna, həmçinin Hudeyda, Dhamar şəhərləri və digər hədəflərə endirilib.

 “Ənsar Allah” hərəkatı (husilər) hücuma cavab verəcəklərini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR