İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yəhudi dostlarım Zelenskidən utanır”

“Yəhudi dostlarım Zelenskidən utanır”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, Ukrayna prezidenti Volodimir Zelenskini nasistlərlə hərəkət etməkdə ittiham edib:

"Qərblilərin çıxışlarından belə nəticəyə gəlirəm ki, onlar nasistlərin tərəfindədirlər. Çoxlu yəhudi dostum var. Ancaq dostlarım Zelenskidən utandıqlarını deyirlər. Onu "Ukraynalıların üz qarası" adlandırırlar. Zelenski nasistlərlə birgə hərəkət edir. Bir çox mülki vətəndaş banderaçılar tərəfindən qətlə yetirilib. Banderaçılar tərəfindən 1939-cu ildə yazılmış məktubda deyilir ki, "Moskva və yəhudilər Ukraynanın ən böyük düşmənləridir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR