İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın vaxtlarda Araik Arutyunyan...” – Zohrabyandan şok iddia

Separatçıların “keçmiş müdafiə naziri” general Mikael Arzumanyanla başlayan həbs dalğası davam edəcək.

Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyanın açıqlamasında bildirilib.

Onun iddiasına görə, Arzumanyandan sonra onun “eks-həmkarı” Cəlal Arutyunyan və Ermənistan ordusunun sabiq baş qərargah rəisi Onik Qasparyan da həbs ediləcək.

Zohrabyan separatçı generalın Baş nazir Nikol Paşinyanın sifarişi ilə həbs edildiyini deyib:

“İstisna etmirəm ki, Araik Arutyunyan da yaxın vaxtlarda həbs olunacaq”.

Dünən həbs edilmiş Mikael Arzumanyan “xidməti vəzifəyə səhlənkar münasibətdə” və “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda” ittiham edilir. O, Xankəndidən İrəvana gedərkən saxlanılıb.

(Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR