İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın günlərdə... - Sülh sazişi ilə bağlı real şans

İrəvan tam razılaşdırılmış sülh sazişi layihəsini Bakıya təhvil verib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ermənistan Azərbaycanın reaksiyasını gözləyir. Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansı var”, - Ermənistan XİN rəhbəri bildirib.

Qeyd edək ki, 2020-ci il Cənubi Qafqaz regionunda sülhün təmin olunması üçün mühüm bir dövr idi. İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında müəyyən razılaşmalar əldə olunsa da, tam miqyaslı sülh sazişinin imzalanması hələ də reallaşmayıb.

Məlumat üçün bildirək ki, sərhədlərin delimitasiyası sülh sazişinin mühüm bir hissəsidir. Azərbaycanla Ermənistan arasında 2020-ci ildən bəri bu prosesdə ciddi irəliləyişlər əldə olunub./News24.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR