İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşar Vahabzadə istefaya göndərildi - Rəsmi

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.

Gəncə təmsilçisinin açıqlamasında bildirilib: "Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib".

Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz"i çalışdırırdı.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR