Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Yaqub Zurufçunun oğlu Atilla Zurufçu “Oyan, Təbriz” mahnısını ifa edib.
Musavat.com xəbər verir ki, Atillanın ifası "Araz News" teleqram kanalında paylaşılıb.
Həmin ifanı təqdim edirik.
@@TVmusavat/74661@@
Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib.
Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.
Azərbaycanın Əməkdar artisti 14 sentyabr 2021-ci ildə koronavirusdan vəfat edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ