İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaqub Eyyubov və Mher Qriqoryanın ayaqüstü söhbəti kameralara düşdü: 10 dəqiqə nədən danışdılar? - VİDEO

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Moskvada görüş keçiriblər. Görüş 29 noyabr tarixində, MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində baş tutub.

Məlumata görə, iki ölkənin nümayəndələri iclas çərçivəsində qısa müddətli müzakirə aparıblar. Görüşdən sonra Yaqub Eyyubov və Mher Qriqoryan arasında daha 10 dəqiqəlik xüsusi söhbət olub.

Bu görüş iki ölkə arasında iqtisadi və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətli hesab olunur. Azərbaycan və Ermənistan rəsmilərinin bir araya gəlməsi münaqişədən sonra yaranmış yeni reallıqlar fonunda əlaqələrin normallaşdırılması istiqamətində addımlar kimi qiymətləndirilir.

Moskva görüşünün nəticələri barədə əlavə məlumat hələlik verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR