İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya: qiymət artımına qarşı 48 milyard dollar vəsait ayrılacaq

Yaponiya hökuməti 2022-ci maliyyə ili ərzində istehlak qiymətlərinin artımının qarşısını almaq məqsədilə dövlət büdcəsinə 6 trilyon 200 milyard yen (təqribən 48 milyard dollar) əlavə ayırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Həmin vəsaitin, ilk növbədə, benzinin və digər neft məhsullarının qiymətinin sabitləşməsinə yönəldiləcəyi qeyd edilir. Bu məqsədlə kiçik və orta sahibkarlıq subyektlərinə və aztəminatlı ailələrə yardım göstərilməsi də nəzərdə tutulur. Qeyd edilir ki, həmin proqramın həyata keçirilməsi üçün dövlət ehtiyatlarından 500 milyard yen (11,8 milyard dollar) ayrılması planlaşdırılır. Qalan məbləğin isə dövlət büdcəsinə əlavə kimi parlamentin cari sessiyasında təsdiq olunması nəzərdə tutulur.

Agentliyin məlumatına görə, Yaponiya hökuməti neft məhsullarının və ərzağın qiymət artımının pandemiya nəticəsində yaranmış iqtisadi çətinlikləri daha da ağırlaşdırıcağından ehtiyat edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR