İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya imperatoru ilk xarici səfərinə gedir - II Elizabetin dəfn mərasimində iştirak edəcək

Yaponiya imperatoru Naruhito və içperatriçə Masako II Elizabetin dəfn mərasimində iştirak etmək üçün sentyabrın 17-də Böyük Britaniyaya yola düşüblər.

AZƏRTAC xəbər verir ki, NHK telekanalı bununla əlaqədar paytaxtın “Haneda” beynəlxalq aeroportundan birbaşa yayım aparıb. Qeyd edilir ki, bu, imperator cütlüyünün xaricə ilk səfəridir.

Aeroportda onları vəliəhd-şahzadə Akişino və şahzadə Kiko müşayiət ediblər. Dəfn mərasimində iştirakdan sonra imperator Naruhitonun və İmperatriçə Masakonun sentyabrın 19-da geri dönəcəkləri gözlənilir. Onların Yaponiyada olmadığı müddətdə Akişino İmpertorun müvəqqəti nümayəndəsi kimi dövlət işlərində iştirak edəcək.

Qeyd edilir ki, Naruhito Böyük Britaniyaya 2019-cu ildə taxta çıxdıqdan sonra səfər etməyi planlaşdırsa da, koronavirus pandemiyasına görə bu səfər təxirə salınıb.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyada yerləşən Balmoral qəsrində 96 yaşında vəfat edib. Onun Britaniya tarixində ən uzun müddət – 70 il yeddi ay hakimiyyətdə olduğu bildirilir. II Elizabetin vəfatından sonra böyük oğlu – 73 yaşlı Çarlz yeni Kral olub.

Kraliçanın dəfn mərasiminin sentyabrın 19-da Londonun Vestminister abbatlığında keçiriləcəyi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR